3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan keçən il xarici yardımlara ₼112 mln.-dan çox vəsait ayırıb

Keçən il xarici yardımlar üzrə xərclər üçün 112,7 milyon manat istifadə olunub.

Bu, 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda əksini tapıb.

O cümlədən beynəlxalq maliyyə institutlarına yardımlar üzrə 5,7 milyon manat (o ümlədən Beynəlxalq İnkişaf Assosiasiyasına ianə, Asiya İnkişaf Bankının Asiya İnkişaf Fonduna ianə, “Azərbaycan Respublikası Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycan Respublikasının Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Regional Tərəfdaşlıq Fondunda iştirakı ilə əlaqədar ianə haqqında Saziş” üzrə ianə, Beynəlxalq Valyuta Fondunun (BVF) Qafqaz, Mərkəzi Asiya ölkələri və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzinə ianə), beynəlxalq ictimai-siyasi təşkilatlara yardımlar üzrə 461,7 min manat (Beynəlxalq Qızıl Xaç Komitəsinə könüllü maliyyə töhfəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına könüllü maliyyə töhfəsi, BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fonduna könüllü maliyyə töhfəsi, Beynəlxalq Antikorrupsiya Akademiyasına, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Fələstinli Qaçqınlar üzrə İnkişaf Vəqfi Fonduna, BMT tərəfindən təsis edilmiş Cənub-Cənub Əməkdaşlığı üzrə Perez-Querrero Etimad Fonduna maliyyə yardımı, Rohinca müsəlmanlarına qarşı ədalətsizliyin qarşısının alınması üzrə məhkəmə prosesinin davam etdirilməsi üçün İƏT-yə maliyyə yardımı, İdmanda dopinqin kökünün kəsilməsi Fonduna, Kimyəvi

Silahların Qadağan olunması Təşkilatının nəzdində təsis edilmiş Kimya və Texnologiya Mərkəzinə maliyyə yardımı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsinin İş Proqramının icrasına dəstək, BMT Baş Assambleyasının 78-ci Sessiyası Sədrinin Ofisinin Etimad Fonduna maliyyə töhfəsi), beynəlxalq təşkilatların Azərbaycan Respublikasının ərazisində yerləşən ofislərinin fəaliyyətinə yardımlar üzrə 2,9 milyon manat (o cümlədən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinə ianə, Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurasına maliyyə yardımı, “Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında” Sazişdən irəli gələn töhfə), baş vermiş təbii fəlakətlər və humanitar böhranla bağlı xarici ölkələrə birbaşa yardımlar üzrə 103,6 milyon manat (Türkiyə Respublikasında baş vermiş zəlzələ ilə bağlı əlavə yardım, Pakistan İslam Respublikasında sel fəlakətinin törətdiyi fəsadların aradan qaldırılması və yenidənqurma işlərinin həyata keçirilməsi, Belizdə baş vermiş qasırğanın törətdiyi fəsadların aradan qaldırılmasına dəstək, Yəmən Respublikasında davam edən humanitar böhranın aradan qaldırılmasına dəstək, Ukraynanın Xarkov vilayətinin İzyum şəhərindəki Mərkəzi Şəhər Xəstəxanasının yenidən qurulmasına dəstək, Ukraynanın məktəb və uşaq bağçalarında sığınacaqların təşkili, Sudan Respublikasında humanitar böhranın aradan qaldırılmasına dəstək) və sair xərclər üzrə 79,0 min manat istifadə olunub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər