1 C
Baku
Saturday, December 14, 2024

Qazaxın dörd kəndinin azad edilməsi Prezidentə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb – Video

Bu gün Qazax rayonunun işğaldan azad edilən dörd kəndində Azərbaycanın Dövlət bayrağı ucaldılıb.

Dövlət Sərhəd Xidməti Baş Qərargahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi, general-mayor Vüsal Sultanov bununla bağlı Prezident İlham Əliyevə məruzə edib.

Qeyd edək ki, Azərbaycan və Ermənitan arasında delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Qazax rayonunun dörd kəndinin – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib. Həmin kəndlərinin əraziləri mayın 24-də Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb

Son xəbərlər
Digər xəbərlər