Səudiyyə Ərəbistanı Krallığı 12 illik fasilədən sonra Suriyaya səfir təyin edib.
Bu vəzifəyə Faysal əl-Mücfil gətirilib.
Suriyanın bu ölkədəki diplomatik nümayəndəliyi fəaliyyətini hələ 2023-cü ildən fəaliyyətə başlayıb və Dəməşq öz səfirini ötən ilin dekabrında göndərib.
Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi başlayandan sonra Səudiyyə Ərəbistanı da daxil olmaqla, Yaxın Şərq ölkələrinin monarxları adı çəkilən ölkənin müxalifətinə dəstək ifadə ediblər.
Lakin Bəşər Əsəd ölkənin böyük bir hissəsinə nəzarət etməyə başladıqdan sonra həmin dövlətlər mövqeyini dəyişib.