Son illər müdafiə sənayesi sahəsi üzrə mühüm layihələrə imza atan Türkiyə yeni nəsil texnologiyalarla təchiz edilmiş yerli istehsal “Altay” tankının kütləvi istehsalına başlayır.
Bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün açıqlayıb.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar çərçivəsində əldə edilən təcrübələr əsasında yeni xüsusiyyətlər əlavə edilən “Altay” müasir döyüş mühitinin şərtlərinə uyğun olaraq təkmilləşdirilib. Ən son rəqəmsal texnologiyaların əlavə edilməsi ilə istifadə qabiliyyəti artırılan tank hədəfin müəyyən edilməsi və atəş açmaq üçün daha həssas-çevik vəziyyətə gətirilib.