7 C
Baku
Sunday, December 15, 2024

“Azərlotereya”nın xərclərinin böyüməsi ilə xalis mənfəət 13 faiz azalıb

Dövlətə məxsus olan “Azərlotereya” ASC 2023-cü ildə 35.79 milyon manat xalis mənfəət əldə etsə də, bu 2022-ci ildən zəif nəticədir.

Banker.az xəbər verir ki, “Azərlotereya” 2022-ci ildə 41.1 mln. manat xalis mənfəət etdiyini nəzərə alsaq bu illik 13 faiz azalmadır.

Hesabat müddətində şirkətin gəlirləri illik 1 artımla 260.96 mln. manata yüksəlib.

Şirkətin gəlirləri cüzi artsa da ümumi əməliyyat xərcləri 217.52 mln. manatdan 225.46 mln. manata yüksəlib.

Dövlət şirkətinin əməliyyat xərclərində əsas artım inzibati və IT üzrə xərclərin yüksəlməsidir.

Prezident İlham Əliyevin “Azərlotereya”nın idarəetməyə verilməsi barədə 16 yanvar 2021-ci il tarixli sərəncamına əsasən, şirkətin Türkiyənin dünyada nüfuzlu “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə 10+5 illik müddətə idarəetməyə verilməsi ilə bağlı 27 fevral 2021-ci ildə müqavilə imzalanıb.

24324343432

Son xəbərlər
Digər xəbərlər