8 C
Baku
Friday, December 13, 2024

“Azkredit” BOKT-un ötən il mənfəəti 22% azalıb

Bank Olmayan Kredit Təşkilatı “Azkredit” ASC 2023-cü ili 1 milyon 28 min manat xalis mənfəətlə başa vurub. 2022-ci ildə BOKT-un mənfəəti 1 milyon 320 min manat olub ki, bu da illik müqayisədə 22% azalıb.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azkredit”in faiz gəlirləri 440 min manat, faiz xərcləri 39 min manat təşkil edib. 2022-ci ildə isə BOKT-un gəlirləri 109 min manat olub.

Hesabat dövründə “Azkredit”in cəmi aktivləri 2 milyon 63 min manat təşkil edib ki, bu da illik müqayisədə 10% artımdır. BOKT-un kredit portfeli 972 min manatdan 1 milyon 867 min manata çatıb.

Xatırladaq ki, Şirkətə 10 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən BKT-39 nömrəli kredit verilməsi üçün lisenziya təqdim edilmişdir. Cəmiyyətin 31 dekabr 2023-cü il tarixinə olan işçi heyəti 41 nəfərdən ibarətdir.

Son xəbərlər
Digər xəbərlər