2 C
Baku
Saturday, December 14, 2024

“Xalq Kapital İnvestisiya Şirkəti”nin maliyyə durumu bəlli oldu

“Xalq Kapital İnvestisiya Şirkəti” QSC 2023-cü ili 62 116  manat xalis mənfəətlə başa vurub. 2022-ci ildə investisiya şirkətinin mənfəəti 49 247 manat olub ki, bu da illik müqayisədə 26% artım deməkdir.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Xalq Kapital”ın cəmi gəlirləri 122 173 manat (27% çox), cəmi əməliyyat xərcləri 82 614 manat (10% az), mənfəət vergisi ödəmələri isə 13 798 manat təşkil edib.

Bu il yanvarın 1-nə “Xalq Kapital”ın aktivləri 1 milyon 5 min manat olub ki, bu da illik müqayisədə 7% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 29 489 manat, cəmi kapitalı isə 975 920 manat olub.

Xatırladaq ki, “Xalq Kapital” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 420 min manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% “Xalq Bank” ASC-dir.

Son xəbərlər
Digər xəbərlər