16 C
Baku
Friday, October 18, 2024

Füzuli və Cəbrayıl rayonlarının prokurorları dəyişib

Baş prokuror Kamran Əliyev əmrinə əsasən, prokurorluq orqanlarında təyinatlar olub, Füzuli və Cəbrayıl prokurorları dəyişib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Elnur Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub. O, bu təyinata qədər Füzuli rayon prokuroru vəzifəsində işləyib. Baş prokurorun digər əmri ilə Ramiz Əliyevə Füzuli rayon prokuroru vəzifəsi həvalə olunub. Ramiz Əliyev bu təyinata qədər Cəbrayıl rayon prokuroru vəzifəsində işləyib. Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Vüqar Səlimova Cəbrayıl rayon prokuroru vəzifəsi həvalə edilib. Bu təyinata qədər Vüqar Səlimov Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər