9 C
Baku
Monday, November 18, 2024

Birləşmiş Ərəb Əmirlikləri ANAMA-ya 5 milyon ABŞ dolları məbləğində yardım göstərib

4 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparılıb.

“Banker.az”a XİN-dən  verilən xəbərə görə, ərazilərin minalanması problemi ilə mübarizə istiqamətində BƏƏ tərəfindən ANAMA-ya bu yaxınlarda 5 milyon ABŞ dollarında yardım göstərilməsininin vacibliyi vurğulanıb və buna görə qarşı tərəfə təşəkkür edilib.

Bakı Enerji Həftəsi çərçivəsində 4 iyun tarixində Neftçala və Biləsuvar elektrik stansiyasının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulmasının, eləcə də SOCAR və BƏƏ-nin Masdar şirkəti arasında imzalanan üç bərpa olunan enerji layihələri üzrə Səhmdarlar Sazişinin iki ölkə arasında sərmayə sahəsində əməkdaşlığının genişlənməsinə müsbət töhfə verdiyi qeyd edilib.

 

Son xəbərlər
Digər xəbərlər