9 C
Baku
Monday, November 18, 2024

Bakıda Böyükşor gölünün bərpasının 2-ci mərhələsinə başlanılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC (“Azəryaşlandşaft”) Bakıda Böyükşor gölünün bərpasının 2-ci mərhələsinə başlayacaq.

Bu barədə səhmdar cəmiyyətin məlumatında bildirilir.

Məlumata görə, ilkin olaraq texniki-iqtisadi əsaslandıma və layihə-smeta sənədlərinin təkmilləşdirməsi üzrə məsləhətçi seçiləcək.

“Böyükşor gölünün bərpası layihəsi” Prezident İlham Əliyevin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq 2013-cü ildən həyata keçirilir. Layihə aşağıdakı mərhələlərdən ibarətdir:

– Olimpiya Stadionu tərəfində Gölün şərq hissəsinin bərpası

– Gölün Qərb hissəsi və Şimal bəndin arxasında yerləşən neftlə çirklənmiş ərazilərin bərpası

– Şimal Gölün və Dib çöküntülərinin saxlanc anbarlarının bərpası.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər