9 C
Baku
Wednesday, November 13, 2024

İstehlak krediti alarkən həyat sığortası faizlərdən əlavə hesablanacaq

Azərbaycan Mərkəzi Bankının həyat sığortası ilə bağlı təsdiqlədiyi son qaydaların tətbiqi ilə sığorta tarifləri təxminən 50 faiz azalacaq.

Bunu “PAŞA Həyat” sığorta şirkətinin sədri Niyaz İsmayılov Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkil etdiyi mətbuat konfransında deyib.

“Yeni qaydalar hələ ki, istehlak krediti götürən fiziki şəxslərə aiddir, digər kreditlərlə bağlı tətbiq edilmir. Əgər hansısa bir sahibkar bankda kredit alan zaman sığorta məhsulu əldə etmək istəsə, bu zaman o müştəriyə sığorta məhsulu ayrıla bilər. Amma ilk olaraq istehlak krediti alan müştərilərə sığorta məhsulu təşviq olunacaq”, – deyə N.İsmayılov qeyd edib.

Niyaz İsmayılov onu da əlavə edib ki, istehlak krediti alan zaman həyat sığortası tarifləri kredit faizlərindən əlavə qaydada müəyyən ediləcək: “Bu tarif çox aşağı səviyyədə hesablanıb ki, əlçatan olsun. Orta hesabla həyat sığortası tarifi 1 faiz hesablanacaq”.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər