Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamında dəyişiklik edilib.
Banker.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2517 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 182 (Cild I) birinci hissəsi ilə təsdiq edilmiş “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilsin:
“Müşahidə Şurasının sədri
Rəhman Hümmətov – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Müşahidə Şurasının üzvləri
Ədalət Əliyev – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturun maliyyəsi şöbəsinin müdiri
Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini.”.