Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci ilin sonuna kimi BP və “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə birlikdə Cəbrayıl rayonunda gücü 240 MVt olan “Şəfəq” günəş elektrik stansiyasının (GES) tikintisi layihəsini həyata keçirməyi planlaşdırır.
Bunu SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva Bakı Enerji Forumunun II günündə deyib.
“Biz BP və Azərbaycan İnvestisiya Şirkəti ilə birlikdə günəş elektrik stansiyasının tikintisi layihəsini həyata keçiririk. Bu, GES-in inşası 2025-ci ilin sonuna qədər tamamlanacaq”, – o vurğulayıb.