9 C
Baku
Sunday, November 17, 2024

BMT Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzvləri seçilib

BMT Baş Assambleyasında keçirilən səsvermənin nəticələrinə əsasən Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzvləri məlum olub.

Danimarka, Yunanıstan, Pakistan, Panama və Somali iki il müddətinə müvəqqəti üzvlər seçilib.

Yeni seçilən üzvlər 2025-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlayacaq.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 ölkədən – beş daimi və Baş Assambleya tərəfindən iki il müddətinə seçilən on müvəqqəti üzvdən ibarətdir. Daimi üzvlərin – Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransanın “veto hüququ” var, yəni onlar qurumun müzakirəyə çıxarmaq istədiyi istənilən qərarı bloklaya bilər.

Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olmaq üçün Baş Assambleyanın ən azı üçdə ikisinin (128 dövlət) dəstəyini qazanmaq lazımdır.

Son xəbərlər
Digər xəbərlər