12 C
Baku
Saturday, November 23, 2024

Gəncədə Belarus yanğınsöndürmə texnikası istehsal olunacaq

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi, “Minsk Avtomobil Zavodu” ASC (MAZ) və “Pojsnab” MMC arasında Belarus yanğınsöndürmə texnikasının Azərbaycanda istehsalının təşkilinə dair üçtərəfli müqavilə imzalanıb.

Bu sənəd iyunun 6-da Azərbaycan nümayəndə heyətinin Belarusun paytaxtı Minskin “Belkommunmaş” müəssisəsinə səfəri zamanı imzalanıb.

“Şassi MAZ, asma yanğınsöndürmə texnikası “Pojsnab” şirkəti tərəfindən istehsal edəcək, texnikanın yığılması isə burada həyata keçiriləcək”, – “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib.

O, həmçinin xatırladıb ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana bu yaxınlarda dövlət səfəri zamanı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin ehtiyacları üçün 400 ədəd yanğınsöndürmə texnikasının alınmasına dair memorandum imzalanıb: “Müqavilə 4 il müddətinə nəzərdə tutulub”.

Belarusla qarşılıqlı əlaqələrdən danışan X.Fətiyev bildirib ki, “Gəncə Avtomobil Zavodu”nda 4.5 minə yaxın MAZ markalı avtomobil və 15 min traktor yığılıb: “Biz elektrobusların yığılmasına da başlamışıq. Belaruslularla işləmək mümkündür və lazımdır”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər