Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı 14-cü sanksiyaların qəbulundan dərhal sonra 15-ci sanksiyalar paketi üzərində işə başlayacaqlar.
Bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Aİ 14-cü sanksiyalar paketi çərçivəsində Rusiyadan 69 nəfəri və 47 təşkilatı qara siyahıya salacaq.
Bundan əlavə, sanksiyalar ilk dəfə olaraq Rusiyanın mayeləşdirilmiş təbii qaz (LNG) ixracına qarşı yönəldiləcək.