“PAŞA Development” şirkətində yeni təyinat olub

“PAŞA Holding” MMC-nin törəmə şirkəti olan “PAŞA Development” şirkətində yeni təyinat olub.

Banker.az-ın məlumatına görə, İbrahim Məmmədzadə “PAŞA Development”in İnvestisiya direktoru təyin edilib.

O, 2021-ci ilin sentyabr ayından 2024-cü ilin may ayına qədər “PAŞA Development”in investisiya meneceri olub.

Qeyd edək ki, “PAŞA Development” MMC 12 iyun 2012-ci il tarixində Məhdud Məsuliyyətli Cəmiyyət kimi yaradılıb. Şirkət, onun tabeçiliyində olan və birgə fəaliyyət göstərdiyi müəssisələrlə daşınmaz əmlakın əldə edilməsi, idarə olunması və inkişafı sahəsində fəaliyyət göstərir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər