Vaxtilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin balansında olan “Duzdağ Fizioterapiya Mərkəzi”nin tabeliyi dəyişib.
Mərkəz Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının tabeliyinə verilib.
Bununla bağlı, bütün sənədləşmə işləri artıq yekunlaşıb. Həmkarlar İttifaqları Şurasından verilən məlumata görə, Mərkəzin adı dəyişdirilərək “Duzdağ Müalicə Mərkəzi” MMC adlandırılıb. Həmçinin mərkəzdə qısa vaxt ərzində təmir-bərpa işlərinə də start verilib.