11 C
Baku
Monday, November 25, 2024

Sahibkarlığın İnkişafı Fondu Qarabağda 2 layihə üçün götürülmüş kreditlərə zəmanət verib

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu zəmanət və subsidiya mexanizmi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan 2 layihə üçün götürülmüş kreditə zəmanət verib.

Bunu Fondun şöbə müdiri Rüstəm Əliyev bildirib.

Onun sözlərinə görə, zəmanətlər Şuşa şəhərində ictimai-iaşə fəaliyyəti üçün bankdan alınmış 800 min manat kreditə və Xankəndi şəhərində camaşırxana xidməti üzrə bankdan əldə edilmiş 350 min manat kreditə, hər birində 90% olmaqla verilib.

Şöbə müdiri qeyd edib ki, Fond artıq hər 2 layihə üzrə əldə edilmiş kreditlər üzrə illik faiz dərəcələrinin 10 faiz bəndi subsidiyalaşdırılmasına başlayıb. Ümumilikdə bu mexanizm çərçivəsində 500 milyon manat kreditə 450 milyon manat dövlət zəmanətinin verilməsi nəzərdə tutulur.

“Fond 2022-2024-cü illərdə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 8 layihəsinin maliyyələşdirilməsinə 19.7 milyon manat güzəştli kredit ayırıb. Bu ərazilərdə fəaliyyət göstərən sahibkarlar fondun həm güzəştli kreditlərindən, həm də subsidiya və zəmanət ilə təmin edilmiş bank kreditlərindən yaralana bilərlər”, – deyə R.Əliyev əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər