14 C
Baku
Sunday, September 29, 2024

“Turkish Airlines” doqquzuncu dəfə Avropanın ən yaxşı aviaşirkəti seçilib

Türkiyənin milli aviadaşıyıcısı “Turkish Airlines” doqquzuncu dəfə “Avropanın ən yaxşı aviaşirkəti” adına layiq görülüb.

Bu barədə türk aviaşirkətinin mətbuat xidmətinin məlumatında bildirilir.

Qərar avianəqliyyat xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsində ixtisaslaşan “Skytrax” beynəlxalq təşkilat tərəfindən qəbul edilib. “Skytrax” mükafatlarının qaliblərinin elan edilməsi mərasimi Londonda keçirilib.

Məlumata əsasən, türk aviaşirkəti “Dünyada ən yaxşı biznes-sinif yemək xidmətləri” və “Cənubi Avropanın ən yaxşı aviaşirkəti” nominasiyalarında da mükafata layiq görülüb.

“Turkish Airlines” şirkətinin baş direktoru Bilal Ekşi “Skytrax”ın qərarını Türkiyənin aparıcı aviadaşıyıcısının bütün personalının gərgin komanda işinin nəticəsi adlandırıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər