“ISR Holding”in strukturuna daxil olan “ISR Management” MMC rebrendinq edib.
Banker.az xəbər verir ki, “ISR Management” MMC bundan sonra “Sarda Managament” MMC adı altında fəaliyətini davam etdirəcək.
“ISR Management” MMC 2017-ci ildə təsis edilib və 100 manat nizamnamə kapitalına sahibdir. Şirkətin rəhbəri ana şirkətin təsisçisinin oğlu Rauf Xəlilov İsgəndər oğludur. Onun atası İsgəndər Xəlilov holdinqin sahibdir.
Şirkət yeni dəyişikliklə hüquqi ünvanını da dəyişdirib. Belə ki, buna qədər Bakı şəhəri Səbail rayonu, Nizami, ev 69 ünvanında qeydiyyatda idi. Bundan sonra Səbail Rayonu, Azadlıq pr., ev 1 ünvanında rəsmi qeydiyyata alınıb.