1 C
Baku
Saturday, December 14, 2024

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

İyunun 28-də parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.

Toplantıda 15 məsələ müzakirə olunub.

Əksəriyyəti üçüncü oxunuş olan qanun layihələri müzakirələrdən sonra ayrı-ayrılıqda səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, parlamentin yaz sessiyası fevralın 1-də başlayıb və mayın 31-dək davam edib. İyunda qanunverici orqanın növbədənkənar sessiyası çağırılıb. Növbədənkənar sessiya çərçivəsində 5 plenar iclas keçirilib, 31 qanun və qərar qəbul edilib.

Spiker Sahibə Qafarova çıxışının sonunda həm yaz sessiyasında, həm də növbədənkənar sessiyada səmərəli fəaliyyət üçün deputatlara təşəkkür edib.

Sədr parlamentin növbədənkənar sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər