12 C
Baku
Saturday, November 23, 2024

“Azərşəkər”in nizamnamə kapitalı 114 mln. manatı keçib

“Azərşəkər” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 10.574 mln. manat və ya 10.2% artırılıb.

Bununla da şirkətin kapitalı 103.78 mln. manatdan 114.35 mln. manata yüksəldilib.

Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir. Şirkətin qanuni təmsilçisi Anar Mehdiyev Rəsul oğludur.

Son xəbərlər
Digər xəbərlər