9 C
Baku
Thursday, December 12, 2024

Bakı Fond Birjasının hərracında sifarişlərin nominal üzrə məbləği 7 milyon dollar olub

Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə keçirilmiş hərracda sifarişlər 1 birja üzvü tərəfindən təqdim olunub.

BFB-dən bildiriblər ki, sifarişlərin nominal üzrə ümumi məbləği 7 milyon USD təşkil edib. Sifarişlər 97.3150 faiz (gəlirlik 2.77 faiz) qiymətində təqdim edilib. İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 97.3150 faiz (gəlirlik 2.77 faiz) orta ölçülmüş qiymət 97.3150 faiz (gəlirlik 2.77 faiz) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilib. İstiqrazlar 2017-ci il fevralın 3-də ödəniləcək. İstiqrazların tədavül müddəti 364 gündür.

Azərtac

Son xəbərlər
Digər xəbərlər