24 C
Baku
Sunday, October 6, 2024

Azərbaycanda ABŞ kapitallı sığorta brokeri sahibinə son üç ildə 1.9 mln. manat dividend ödəyib

Azərbaycanda ABŞ kapitallı sığorta brokeri “Marsh Sığorta və Təkrar Sığorta üzrə Broker” MMC  (Marş) mənfəətindən keçən il də səhmdara dividend ayırıb.

Banker.az xəbər verir ki, keçən il səhmdara 500 min manat dividend ayrılıb.

Sığorta brokeri 2021-ci ildə səhmdarına 695 min manat, 2022-ci ildə isə 700 min manat dividend ayırmışdı. Beləliklə, son üç ildə səhmdara 1 milyon 895 min manat dividend ayrılıb.

Sığorta brokeri 2021, 2022 və 2023-cü illərdə müvafiq olaraq 832 min, 363 min və 953 min manat xalis mənfəət əldə edib.

Bununla da, 1 yanvar 2024-cü il tarixinə onun kapitalında 1 mln. 416 min manat bölüşdürülməmiş mənfəət var.

Xatırladaq ki, “Marsh Sığorta və Təkrar Sığorta üzrə Broker”i 2002-ci ildən fəaliyət göstərir və ABŞ-nin qlobal miqyasda fəaliyyət göstərən “Marsh” şirkətinin törəməsidir.

Son xəbərlər
Digər xəbərlər