Bu ilin əvvəlinə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 43.5 faiz artaraq 3.1 milyard dollara çatıb.
Bu barədə Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Ding Tao Bakıda keçirilən “ŞƏT Nümayiş Zonası – Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı”nda deyib.
O bildirib ki, ölkələrimiz arasında iqtisadi-ticari sahədə əməkdaşlıq uğurla inkişaf edir.