2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 27251,2
milyon manatlıq, o cümlədən 15036,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 12214,8 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,5
milyard manatlıq, o cümlədən 12,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 9,4 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2023-cü ilin yanvar-mayayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.3 faiz artıb.
Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi
vəsaitin 51,4 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 13,1 faizi
toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 4,5 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.