10 C
Baku
Wednesday, December 11, 2024

“Viator Mikrokredit Azərbaycan” yarım milyonluq faizli borc cəlb etdi

9 iyul 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Viator Mikrokredit Azərbaycan” MMC-nin buraxılış həcmi 500 000 manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Banker.az bunu BFB-yə istinadən xəbər verir.

Qeyd olunan istiqrazların Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə yerləşdirilməsi 12 iyul 2024-cü il tarixində yekunlaşmışdır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı BOKT “Viator Mikrokredit Azərbaycan” MMC
Dövlət qeydiyyat nömrəsi İSİN AZ2007021531
İstiqrazın növü və forması İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması Kütləvi/Birqiymətli
İstiqrazın sayı 500 (ədəd)
İlkin ticarət qiyməti 1,000 manat
Buraxılış həcmi 500,000 manat
Hərrac qiyməti 1,000 manat
İllik gəlirlilik faizi 14%
Reallaşdırılmış həcm 500,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 500,000 manat
İnvestor sayı 8
Sifariş sayı 8
Ödəmə Periodu İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 90 (doxsan) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir
Tədavül müddəti 540 gün
İstiqrazların ödəmə tarixi 03.01.2026
Anderrayter “CPM İnvest İnvestisiya Şirkəti” ASC

 

Son xəbərlər
Digər xəbərlər