13 C
Baku
Friday, November 22, 2024

“Yapı Kredi Bank Azərbaycan”ın mənfəəti və gəlirləri artıb

“Yapı Kredi Bank Azərbaycan” 2024-cü ilin 2-ci rübünü 4 milyon 383 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 3 milyon 604 min manat olub ki, bu da illik müqayisədə 22% artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Yapı Kredi Bank Azərbaycan”ın cəmi gəlirləri  26 milyon 457 min manat ikən, bu ilin 6 ayında 32 milyon 673 min manat təşkil edib.

Hesabat dövründə bankın cəmi aktivləri 515 milyon manatdan 527 milyon manata, o cümlədn kredit portfeli 292 milyon manatdan 314 milyon manata çatıb.

Son xəbərlər
Digər xəbərlər