17 C
Baku
Friday, October 18, 2024

Bu ilin ilk altı ayında dövlətə vurulmuş ziyanın üç milyon manatdan çoxunun ödənilməsi təmin edilib

Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən bu ilin ilk altı ayında dövlətə vurulmuş ziyanın üç milyon manatdan çoxunun ödənilməsi təmin edilib.

Bu barədə Bakı Şəhər Prokurorluğunun 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsi zamanı bildirilib.

Bildirilib ki, ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 6 milyon 492 min 425 manat məbləğində maddi ziyanın 3 milyon 527 min 109 manatı və ya 54.3%-nin ödənilməsi təmin edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər