14 C
Baku
Sunday, November 24, 2024

BVF Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozunu artırıb

Beynəlxalq Valyuta Fondu (BVF) Türkiyədə 2024-cü ildə ÜDM-nin artım proqnozunu 3.6 faizə qədər artırıb.

Bu barədə məlumatlar fondun iyul ayı üçün açıqlanan icmalında yer alıb.

Beləliklə, BVF Türkiyə üzrə aprel ayı proqnozunu yaxşılaşdırıb, ona əsasən isə cari ilin yekunları üzrə ölkə iqtisadiyyatının artımı 3.1 faiz səviyyəsində qiymətləndirilib.

İyul icmalına görə, Türkiyədə 2025-ci ildə ÜDM-nin artımı 2.7 faiz səviyyəsində proqnozlaşdırılır.

BVF, həmçinin qlobal iqtisadiyyatın artımı üzrə hesablamalarını bölüşüb. Fondun proqnozlarına görə, qlobal iqtisadiyyatın artımı bu il 3.2 faiz, gələn il isə 3.3 faiz təşkil edəcək.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər