13 C
Baku
Friday, November 22, 2024

Hakerlər Hindistanın ən böyük kriptobirjasından $235 mln. oğurlayıblar

Hindistanın ən böyük kriptovalyutası “WazirX”dən 235 milyon dollardan çox pul oğurlanıb. Birja nümayəndələri hadisəni təsdiqləsələr də, dəymiş ziyanın dəqiq məbləği açıqlanmır.

“Cyvers” – blokçeyn kibertəhlükəsizlik şirkətidir. Nümayəndələrinin sözlərinə görə, birja əvvəlcə müraciətlərə cavab verməyib. Mütəxəssislərin fikrincə, birjadan USDT, GALA və PEPE və digər sikkələrdəki aktivlər oğurlanıb.

Tədqiqatçılar oğurlanmış aktivlərin yerləşdiyi ünvanı tapa biliblər. Bakı vaxtı ilə saat 11:00-a olan məlumata görə, onun hesabında 200 milyon dollardan çox olan token var. Blokçeynin şəffaf strukturu sayəsində bütün bu əməliyyatları izləmək mümkündür.

“WazirX” – 2018-ci ildə qurulan ticarət həcminə görə Hindistanın ən böyük kriptovalyuta birjasıdır. “Coingecko”ya görə, saytda 200-dən çox kriptovalyuta mövcuddur və gündəlik ticarət həcmi 2 milyon dolları ötür.

Son xəbərlər
Digər xəbərlər