6 C
Baku
Sunday, December 15, 2024

Ağdərə rayonu üzrə ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri müəyyənləşib

Ağdərə rayonu üzrə ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri müəyyənləşib.

Nazirlər Kabineti bununla bağlı “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı” və “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na dəyişiklik edib.

“Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nda Ağdərə rayonu üzrə aşağıdakı memarlıq abidələri yer alıb:

204-1. Xanabert qalası   Vəngli kəndi
204-2. Müqəddəs Yaqub kilsəsi 635-ci il Kolatağ kəndi

 

204-3. Alban məbədi 614-cü il Kolatağ kəndi
204-4. Qala   Çapar kəndi
204-5. Alban məbədi XII əsr Çıldıran kəndi
204-6. Qırmızı məbəd XIII əsr Çıldıran kəndi
204-7. Alban məbədi X əsr Çormanlı kəndi
204-8. Alban kilsəsi XI əsr Çormanlı kəndi
204-9. “Xatırvank” məbədi 1204-cü il Qozlu kəndi
204-10. Alban məbədi 698-ci il Yayıçı kəndi
204-11. Alban məbədi 672-ci il Yayıçı kəndi
204-12. Məbəd 1283-cü il Həsənriz kəndi
204-13. Alban məbədi 500-cü il Həsənriz kəndi

 

Ağdərə rayonunda ölkə əhəmiyyətli arxeoloji abidələr isə aşağıdakılardır:

701-1. Dovşanlı nekropolu son tunc—ilk dəmir dövrü Dovşanlı kəndi
 

701-2.

Balıqaya nekropolu son tunc—ilk dəmir dövrü Sırxavənd kəndinin şərqində”

 

“Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nda Ağdərə rayonu üzrə memarlıq abidələri aşağıdakılardır:

4059-1. Qala qalıqları XII əsr Çardaqlı kəndinin 8 kilometrliyində
4059-2. Hatəm Məlik Qalası   Qasapet kəndinin 5 kilometrliyində
4059-3. Ürəkvənd monastırı V-XIII

əsrlər

Talış kəndinin qərbin- də
4059-4. Kilsə   Çiləbürt kəndi
4059-5. Qala   Çiləbürt kəndi
4059-6. Cermud qalası   Çiləbürt kəndi
4059-7. Qala 1284-cü il Vəngli kəndi
4059-8. Məbəd XIII əsr Vəngli kəndi
4059-9. Məbəd   Çapar kəndi
4059-10. Məbəd   Ballıqaya kəndi
4059-11. Məbəd 1251-ci il Bazarkənd kəndi

 

4059-12. Kilsə 1668-ci il Dovşanlı kəndi
4059-13. Kilsə XVII əsr Dəvədaşı kəndi
4059-14. Qırmızı məbəd XVII əsr Qozlu kəndi
4059-15. Alban məbədi 718-ci il Qasapet kəndi
4059-16. Kilsə 1894-cü il Qasapet kəndi
4059-17. Cerabert qalası   Qasapet kəndi
4059-18. Kilsə 1883-cü il Kiçik Qarabəy kəndi
4059-19. Məbəd 1881-ci il Kiçik Qarabəy kəndi
4059-20. Məbəd   Kiçik Qarabəy kəndi
4059-21*. Körpü   Suqovuşan kəndi
4059-22. Məbəd   Çapar kəndi
4059-23. Alban məbədi 713-cü il Çaylı kəndi (keçmiş

Dəstəgül kəndinin ərazisində)

4059-24. Müqəddəs Yelisey monastrı V-XIII

əsrlər

Suqovuşan kəndi
4059-25. Kilsə 1898-ci il Suqovuşan kəndi”
MənbəAPA
Son xəbərlər
Digər xəbərlər