13 C
Baku
Friday, November 22, 2024

“Equinor” Azərbaycandakı layihələrindən birində payını SOCAR-a satmaq üzrə sövdələşməni başa çatdırıb

Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi layihəsində 50% payını Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satmaq üzrə sövdələşməni başa çatdırıb.

Bu barədə “Equinor”un məlumatında bildirilir.

“SOCAR-a “Qarabağ” layihəsində 50% payın satışı üzrə sövdələşmə 2024-cü il aprelin 24-də başa çatıb”, – şirkətin materiallarında bildirilib.

Eyni zamanda, “Equinor”, 2024-cü ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku və Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin işlənməsi layihələrindəki paylarının satışı üzrə sövdələşməni tamamlamağı planlaşdırdığını qeyd edir.

Norveç şirkəti xatırladıb ki, 2023-cü il dekabrın 22-də SOCAR ilə AÇG, BTC və “Qarabağ” layihələri də daxil olmaqla, Azərbaycandakı portfelinin satışına dair Saziş imzalayıb.

Qeyd edək ki, “Equinor” SOCAR-a “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 7.27%, Bakı-Tbilisi-Ceyhan neft kəmərində 8.71%, “Qarabağ” yatağının işlənməsi layihəsində isə 50%-i satıb. Sövdələşmədən əvvəl SOCAR-ın AÇG-də iştirak payı 25%, BTC-də 25%, “Qarabağ” yatağında isə 50% təşkil edib.

“Qarabağ” yatağı Bakıdan 130 km şərqdə yerləşir. Müqavilə sahəsi 16 milyon ton neft və 28 milyard kubmetr qaz ehtiyatına malikdir. Burada dənizin dərinliyi 180 metrdir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər