2 C
Baku
Saturday, December 14, 2024

“AGBank” və “Bank Standard” birləşir

AGBank” ASC və “Bank Standard” QSC arasında konsolidasiyaya dair ilkin razılaşma ilə bağlı niyyət protokolu imzalanıb.

“AGBank”a istinadən verdiyi xəbərə görə, ötən gün “AGBank” ilə “Dəmirbank” ASC arasında nəzərdə tutulan konsolidasiya prosesinə xitam verildiyi barədə rəsmi bəyanat yayılıb.

“Çoxillik fəaliyyəti nəticəsində əldə etdiyi nailiyyətləri yeni formada yaşatmaq, dəyərli müştərilərinə qabaqcıl standartlara uyğun xidmətin davamlı olaraq göstərilməsini və bankın illər ərzində formalaşan yüksək peşəkarlıq ənənələrinə sadiq işçi heyətinin bank xidmətləri bazarında fəaliyyətinin səmərəliliyini daha da artırmaq məqsədilə “AGBank” digər bir yerli bankla müvafiq məsləhətləşmələr aparıb. Belə danışıqlar nəticəsində ölkənin aparıcı banklarından olan “Bank Standard”la ilkin razılaşma əldə olunub. Razılaşmaya əsasən, bankların nümayəndələrindən ibarət işçi qurupu “AGBank”ın “Bank Standard”a qoşulması layihəsinin gercəkləşdirilməsi istiqamətində birgə işlər aparılacaq”, – deyə məlumatda bilrilir.

Report

Son xəbərlər
Digər xəbərlər