9 C
Baku
Thursday, December 12, 2024

Dövlət Kontrakt Korporasiyasının “Azəriqaz”dan gəlirləri azalıb

Daxili bazarda təbii qazın istehsalçıdan alaraq paylayıcıya satan Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC-nin müştərilərindən gəlirləri məlum olub.

Banker.az xəbər verir ki, Azərkontrakt təbii qaz paylayıcısı “Azəriqaz” İB-dən 2023-cü ildə 766.09 milyon manat gəlir daxil olub. Bu 2022-ci ildə 776.1 mln. manat idi. Beləliklə, Azəriqaz keçən illə müqayisədə 1.3 faiz azalıb.

Ölkənin ən iri energetika şirkəti “Azərenerji” ASC keçən il “Azərkontrakt”a 727.1 mln. manat ödəniş edib. Qazın müqabilində olan bu ödənişlər illik müqayisədə 9.7 faiz azalmadır.

Azalma Naxçıvan Muxtar Respublikasının operatorundan da müşahidə edilib. Təbii qaz satışları keçən il 27.42 mln. manat olmaqla illik 3.9 faiz azalıb.

Xatırladaq ki, Şirkətin 2023-cü ildə ümumi gəliri 1 milyard 520.8 milyon manat təşkil edib ki, bu da 2022-ci ildəki 1 milyard 674.7 milyon manat ilə müqayisədə 9.2% azalmadır.

“Azərkontrakt” təbii qazı “Azneft” İB, “Azerbaijan Gas Supply Company”, “Ümid Babək Əməliyyat Şirkəti”, “Bahar” Enerji Əməliyyat Şirkəti” və “Absheron Petroleum b.v”dan alaraq, “Azərenerji”, “Azəriqaz” və Naxçıvan Qaz İstismarı Xidmətinə satır.

Son xəbərlər
Digər xəbərlər