15 C
Baku
Saturday, October 19, 2024

“PASHA Real Estate Group”da təyinat

“PASHA Real Estate Group”a yeni hüquq direktoru təyin edilib.

Banker.az-ın məlumatına görə, Günel Baxşıyeva Pasha Real Estate Group-un Hüquq direktoru vəzifəsinə təyinat alıb.

Günel Baxşıyeva 2020-ci ilin aprel ayından indiyə kimi ABB-də Hüquq Departamentinin direktoru olub.

Bundan əvvəl bankda həmin departamentin direktor müavini (2019-cu ilin fevralından 2020-ci ilin aprelinə qədər), daha əvvəl isə şöbə müdiri kimi çalışırdı.

Günel Baxşıyeva Bakı Dövlət Universitetində Beynəlxalq Hüquq üzrə bakalavr dərəcəsi, Lozanna Universitetində Hüquq və İqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib. Leiden Universitetində isə Beynəlxalq Vergi Hüququ üzrə distant təhsil alıb.

 

 

Son xəbərlər
Digər xəbərlər