14 C
Baku
Sunday, November 24, 2024

“AtaLizinq”in icra orqanı rəhbərinin vəzifəsinə xitam verilir, yeni rəhbər təyin ediləcək

30 avqust 2024-cü il tarixdə, saat 11.00-da Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 9 ünvanında “AtaLizinq” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:

1.Cəmiyyətin icra orqanı rəhbərinin vəzifə səlahiyyətlərinə öz ərizəsi əsasında xitam verilməsi;

2. Cəmiyyətin yeni redaksiyada nizamnaməsinin qəbul edilməsi və Cəmiyyətin icra orqanına yeni rəhbərin təyin edilməsi;

3. Cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasının təmin edilməsi.

4. Digər məsələlər.

Gündəliyə daxil edilmiş məsələlərlə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 9 ünvanında tanış olmaq olar.

“AtaHolding” Şirkətlər Qrupunun maliyyə sektoruna aid olan “AtaLizinq” ASC 2004-cü ildə “AtaHolding”  (64%)  və “AtaBank” ASC (36%) tərəfindən təsis edilmişdir. Şirkətin nizamnamə kapitalı 1 mln. AZN  təşkil edir.  “AtaLizinq” ASC-nin yaradılmasında əsas məqsəd sahibkarlara münasib şərtlərlə avadanlıq və əsas vəsaitlərin təmin edilməsinə köməklik göstərməkdən ibarətdir.

Son xəbərlər
Digər xəbərlər