13 C
Baku
Friday, November 22, 2024

İlin birinci yarısında Türkiyə turizm sektorundan rekord məbləğdə gəlir əldə edib

Türkiyə bu ilin ilk altı ayı ərzində turizmdən 23,7 milyard dollar gəlir əldə edib ki, bu da sahə üzrə rekord göstəricidir. Bu tendensiya ilin üçüncü və dördüncü rüblərində də davam edəcək. İlin sonuna olan turizm hədəfimiz 60 milyard dollardır. Hazırkı göstəricilər hədəfimizə uyğundur.

Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.

Nazirin sözlərinə görə, bu dövr ərzində ölkəyə gələn xarici ziyarətçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 26 milyon 137 minə çatıb. Onların arasında 2,7 milyon nəfərlə Rusiya birinci sıradadır. Bu siyahıda ikinci və üçüncü yerlərdə Almaniya (2,5 milyon) və Böyük Britaniya (1,8 milyon) yer alıb.

İyun ayında Türkiyəyə gələn ziyarətçi sayının artım sürətində yavaşlama olduğuna diqqət çəkən nazir, bunun yay boyu davam edəcəyini təxmin etdiklərini bildirib. Turist sayındakı azalmaya futbol üzrə Avropa çempionatı və Fransa-2024 Yay Olimpiya Oyunları səbəb kimi göstərilib.

Bildirilib ki, xüsusilə ölkənin Egey bölgəsində turizm mövsümünün bütün ili əhatə etməsi istiqamətində başladılan layihə çərçivəsində mədəniyyət tədbirləri, idman yarışları kimi fəaliyyətlər keçiriləcək. Bu məqsədlə İzmir və Bodrum hava limanlarından başda Avropa olmaqla, dünyanın bir çox ölkəsinə birbaşa beynəlxalq uçuşlara start veriləcək.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər