13 C
Baku
Saturday, November 23, 2024

“Meta” səhmləri rüblük hesabatdan sonra 7%-dən çox artıb

“Meta” şirkətinin səhmləri maliyyə hesabatının dərcindən sonra ABŞ-nin “Nasdaq” birjasında premarket ticarətində 7.5% bahalaşıb. İyulun 31-də ticarətin bağlanışına qədər “Meta” səhmləri 474.83 dollar (+2.51%) dəyərində olub, post-bazarda isə 7.17% bahalaşıb.

Şirkətin gəliri illik müqayisədə 22% artaraq 39.07 milyard dollara çatıb. Xalis mənfəət 73% artaraq 13.465 milyard dollara çatıb, səhm başına mənfəət 5.16 dollar təşkil edib. “Facebook” və “Instagram” da daxil olmaqla “Meta”ya məxsus bütün sosial şəbəkələrin və proqramların gündəlik aktiv istifadəçilərinin sayı 3.27 milyard nəfər təşkil edib ki, bu da bir il əvvəlkindən 7% çoxdur.

Üçüncü rüb üçün “Meta” gəlirinin 38.5 və 41 milyard dollar arasında olacağını gözləyir. Şirkətin baş direktoru Mark Zukerberq investorlar və analitiklərlə vaxtının çox hissəsini  şirkətin dil modellər üzərində işi haqqında danışmağa sərf edib.

Zukerberqin fikrincə, süni intellekt nəticədə demək olar ki, hər bir “Meta” məhsuluna hansısa şəkildə təsir edəcək.

Son xəbərlər
Digər xəbərlər