9 C
Baku
Monday, November 18, 2024

Məcburi auditdən yayınmağa görə “Excelsior Hotel”ə cərimə protokolu yazıldı

“Excelsior Hotel” MMC-yə cərimə protokolu yazılıb.

Banker.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevın sədrliyi ilə baxılacaq.

13.08.2024-cü il saat 15:35 baxış iclası təyin edilib.

Protokol təsdiq olunarsa, “Excelsior Hotel” MMC min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə oluna bilər.

Son xəbərlər
Digər xəbərlər