20 C
Baku
Saturday, September 21, 2024

Azərbaycanın ən böyük yol tikintisi şirkəti “Azvirt”in ötən il xalis mənfəəti azalıb

Azərbaycanın ən böyük və tanınmış yol tikinti şirkətlərindən biri olan “AzVirt” 2023-cü ili 7 milyon 518 min manat mənfəətlə başa vurub. 2022-ci ildə şirkətin mənfəəti 8 milyon 938 min manat olub ki, bu da illik müqayisədə 16% azalıb.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azvirt” MMC-nin tikinti işlərindən gəlirləri 833 milyon 603 min manat (illik müqayisədə 45.5% çox) təşkil edib.

31 dekabr 2023-cü il tarixində  “AzVirt” MMC 387 milyon 544 min manat cəmi kativlərə malik olub. Şirkət 2022-ci ilin sonunda 385 milyon 364 min manat cəmi aktivlərə malik idi.

“Azvirt” MMC-nin təsisçiləri “Martin Beteiligungs GmbH & Co KG”, Almaniya (30%), “Falcom Holding s.a.r.l”, Lüksemburq (25%), Elnur Əliyev (25%) və “Walz GmbH & Co KG”, Almaniya (20%). “AzVirt” MMC yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətdir.

Son xəbərlər
Digər xəbərlər