21 C
Baku
Friday, September 20, 2024

Aİ-də qaz anbarlarının ehtiyatları 95 mlrd. kubmetri ötüb

Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 86%-i ötüb.

Bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) məlumatında bildirilir.

Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 86,48% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 8,67 faiz bəndi çoxdur.

Qeyd olunur ki, hazırda anbarlardakı qazın ümumi həcmi təqribən 95,2 mlrd. kubmetr təşkil edir.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər