7 C
Baku
Sunday, December 15, 2024

Naxçıvanda alternativ enerji mənbələrinin istehsal payı artıb

Naxçıvanda ötən ilin iyul ayı ilə müqayisədə alternativ enerji mənbələrində istehsal olunan enerjinin payı artıb.

Cari ilin iyul ayında istehsal olunan ümumi elektrik enerjisinin 46,92 %-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür.

İstehsal olunan elektrik enerjisi İstilik Elektrik Stansiyalarında (İES) 28 097 000 kilovat-saat, Su Elektrik Stansiyalarında (SES) 18 636 208 kilovat-saat, digər alternativ və bərpa olunan mənbələri üzrə isə 6 199 816 kilovat-saat olub.

2024-cü ilin iyul ayı üzrə istehsal olunan ümumi elektrik enerjisinin:

– 53,08 %-i İstilik Elektrik Stansiyalarında;

– 35,21 %-i Su Elektrik Stansiyalarında;

– 11,71 %-i Günəş Elektrik Stansiyasında istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ enerji mənbələrində istehsal olunan enerjinin payı 11,57 faiz artaraq 46,92 faizə çatıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər