Biləsuvar rayonunda bu il 17,26 hektar sahədə yeni meyvə bağları salınıb.
Ötən il isə 3,98 hektar sahədə meyvə bağları salınıb.
Rayonda bu il əsasən yeni salınan bağlarda badam (12 ha), ərik (1,46 ha), qoz (0,78 ha), alça (0,39 ha) və nar (0,34 ha) ağacları əkilib.
Biləsuvar rayonunda ümumilikdə 1 797.59 hektar meyvə bağları vardır. Bunların ən çox hissəsini nar (785,60 ha), ən az hissəsini isə limon (0,14 ha) əkinləri təşkil edir.
Qeyd edək ki, ötən il rayonda meyvə bağlarından 91 384,6 ton məhsul toplanıb.