Çin elektronika istehsalçısı “Realme” 320W gücündə yükləyici (adapter) təqdim edib, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.
Bunun üçün şirkət eyni vaxtda enerji ilə doldurula bilən dörd ayrı elementdən ibarət 4420 milliamper/saat tutumlu qatlanan akkumulyator hazırlayıb.
Şirkətin məlumatına görə, bu “adapter” bir dəqiqə ərzində akkumulyatoru 26%-ə qədər doldura bilir, 100% yükləmə isə 4 dəqiqə 20 saniyə çəkir.
Realme texnologiyanın smartfonlarda nə vaxt istifadə ediləcəyini dəqiqləşdirməyib.