Azərbaycanda ödəniş sistemləri bazarında fəaliyyət göstərən “FinDynamix” MMC-yə daxil olan “CİBPAY” MMC (CIBPay) nizamnamə kapitalını artırıb.
Banker.az xəbər verir ki, fintex “CIBPay” nizamnamə kapitalını 100 manatdan 500 min manata yüksəldib.
Xatırladaq ki, “CİBPAY” MMC 2022-ci ildə təsis edilib və onun hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Xocalı, ev 13A, m. ünvanında qeydiyyatdadır. Şirkətin təsisçisi Söhrab Fərhadov Cəbrayıl oğludur.