15 C
Baku
Friday, September 20, 2024

Azərbaycanda NEZ benzin istehsalını artırıb, dizeli isə azaldıb

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda neft emalı zavodunda avtomobil benzininin istehsalı 842.7 min ton təşkil edərək, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.5% artıb.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Dizel yanacağı istehsalı 1 milyon 333.5 min ton olub ki, bu da əvvəlki dövrə nisbətən 1.3% azalma deməkdir.

Mazut istehsalı illik müqayisədə 3.3 dəfə artaraq 13.1 min ton olub, ağ neftin istehsalı 1.3% artaraq 366.0 min ton olub.

Sürtkü yağlarının istehsalı 37.9 min ton olub və əvvəlki dövrlə müqayisədə 7.1% artım göstərir. Maye qazların istehsalı 114.5 min ton təşkil edir, bu da 18.8% azalma deməkdir.

Neft koksu, neft bitumu və digər neft məhsullarının istehsalı isə 649.9 min ton olaraq qeyd edilib və bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 4.8% artımı ifadə edir. Bu məhsulların içərisində neft bitumu istehsalı 148.1 min ton (7.6% artım), neft koksu istehsalı isə 120.5 min ton (15.3% azalma) olub.

Avtomobil benzininin hazır məhsul ehtiyatı 31.9 min ton, ağ neftin ehtiyatı isə 32.2 min ton dizel 89.4 min ton, mazut 4.3 min ton, sürtkü yağları 5.8 min ton, maye qazların ehtiyatı 1.4 min ton, neft koksu və digər neft məhsulları 39.0 min ton, neft bitumu 16.1 min ton, neft koksu üçün isə 22.6 min ton olub.

Son xəbərlər
Digər xəbərlər