12 C
Baku
Wednesday, December 11, 2024

Çinin ən böyük çip istehsalçısı Pentaqonu məhkəməyə verib

Çinin ən böyük çip istehsalçılarından biri olan “Advanced Micro-Fabrication Equipment Inc” (AMEC) adının qara siyahıya salınması və ABŞ firmaları ilə əməkdaşlığın qadağan edilməsi ilə əlaqədar Pentaqonu məhkəməyə verib.

Bu barədə “Bloomberg” məlumat yayıb.

AMEC bildirib ki, şirkətin haqsız olaraq Çin Xalq Azadlıq Ordusu ilə əlaqələndirilməsi onun biznesinə və reputasiyasına xələl gətirib.

Çin şirkəti ABŞ-nin aparıcı firmaları, o cümlədən “Applied Materials Inc” və “Lam Research Corp.” ilə rəqabət aparır.

“Biz inanırıq ki, məhkəmə ədalətli qərar çıxaracaq”, – şirkətin açıqlamasında qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər