23 C
Baku
Friday, September 20, 2024

“Mars Overseas Baku”nun kapitalı artırılaraq ₼68 milyonu ötüb

Azərbaycanın iri alkoqolsuz içki istehsalçısı “Pepsi Bottlers Azerbaijan”ın ( “Mars Overseas Baku LTD” MMC-nin nizamnamə kapitalı artırılıb.

Banker.az xəbər verir ki, şirkətə son dəyişikliklərdən sonra nizamnamə kapitalı 9 milyon manat və ya 15.1% artırılıb.

Bununla da kapitalın həcmi 68.42 mln. manata çatıb.

Xatırladaq ki, “Mars Overseas” fəaliyyətinə 1999-cu ildə başlayıb. Şirkətin əsas fəaliyyəti meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və “snack”lərin istehsalı və satışıdır. Hal-hazırda bir çox adda məhsul istehsal edilir. Onların arasında “PEPSİ”, “MIRINDA”, “MOUNTAIN DEW”, “7UP”, “JALƏ”, “ЗОЛОТОЙ САД” və “NATURA”, “MIA”, “I’M TEA” əsas brendlər sayılır.

Son xəbərlər
Digər xəbərlər